Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransiskin şokoladdan heykəli hazırlanıb. Heykəli İtaliyanın Venesiya şəhərindəki Şokolad Ustaları Akademiyasının (Accademia of Maestri Cioccolatieri) tələbələri hazırlayıblar.Roma Papasının heykəlinin hazırlanmasında Qvatemalanın Atitlan bölgəsində yetişdirilmiş kakaodan istifadə olunub.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, heykəlin hazırlanmasına 1,5 ton kakao və 4 həftə vaxt sərf olunub.
Bu heykəl Vatikanda Papa 1-ci Fransiskə təqdim olunub. Mərasimdə Accademia of Maestri Cioccolatieri-nin 20 tələbəsi də iştirak edib.Argentinanın Buenos-Ayres şəhərində doğulmuş və orada böyümüş 1-ci Fransisk meyvə-tərəvəz və salatları, habelə toyuq ətini sevir. O yağlı, bahalı yeməkləri, şirniyyatları rasionunda görmək istəmir.Bu səbəbdən, çox yəqin ki, şokolad heykəl hərracda satılacaq.Roma Papasına hədiyyə olunmuş Harley Davidson motosikletini də papa "Bonhams" hərracında satdırıb."Dyna Super Glide" baykının satışından əldə olunan 260 min avro "Caritas Roma" xeyriyyə təşkilatına bağışlanıb.
Mənbə: Milli.Az