Qadin.NET / Sloveniya dondu

Sloveniya dondu

 

Bu il dünyanın, demək olar ki, bütün ölkələrində soyuq hava ciddi fəsadlar törədib. Keçmiş Yuqoslaviyadan ayrılan Sloveniya isə sözün əsl mənasında donur desək, yanılmarıq.Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sloveniyanın donmasını şəkillərdən də aydın görmək olar.Ölkənin Postoyna, Pivka və Prestranek şəhərləri tam buz “dünyasına” çevrilib. Nəticədə 90 mindən çox insan elektrik enerjisiz qalıb. Ölkənin bütün avtomagistrallarında hərəkət çətinləşib, yerli əhəmiyyətli yolların çoxusu isə bağlanıb.

Mənbə: Milli.Az

 

7 fevral 2014
GO BACK