Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən fevralın 7-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 07 fevral 2014
Hicri: 7 rəbiul-axir 1435
İlin 38-ci günü
İlin sonuna 327 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.32
Günəş - 07.44
Zöhr - 12.58
Əsr - 16.07
Məğrib - 18.20
İşa - 19.37
1550 - III Yulius Roma Papası seçilmişdir.
1613 - I Mixail Rusiya İmperiyasının çarı olmuşdur.
1855 - Simodda Rusiya - Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilmişdir. (Simod traktatı).
1900 - İngiltərə İşçi Partiyası yaradılmışdır.
1919 - Azərbaycanlı kinorejissor Tofiq Tağızadə dünyaya gəlib.
1924 - SSRİ və İtaliya arasında diplomatik əlaqələr qurulmuşdur.
1928 - Türk musiqiçi və teatr aktrisası Aysel Gürel dünyaya gəlib.
1962 - Amerika Birləşmiş Ştatları Kuba ilə olan bütün iqtisadi əlaqələri kəsmişdir.
1965 - ABŞ aviasiyası Şimali Vyetnama "Flaming Dart" əməliyyatı çərçivəsində zərbələr endirmişdir.
1971 - İsveçrədə qadınlara seçki hüququ verilmişdir.
1988 - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov anadan olub.
1990 - Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirmişdir.
1991 - Haitinin ilk seçilmiş prezidenti Jan Bertran Aristide öz səlahiyyətlərinin icrasına başlamışdır.
1991 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib. Mirbəşir rayonu Tərtər, Şamxor isə Şəmkir adlandırılıb.
1992 - Erməni silahlı qüvvələri 1991-ci ilin dekabrından mühasirədə saxladıqları strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) işğal edib.
1992-ci ilin yayında Milli Ordunun Qarabağın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi. 1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçdi.
1992 - Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri Maastrixt müqaviləsi imzalanmışdır.
1995 - ABŞ-ın "Discovery" kosmik gəmisi Rusiyanın "Mir" kosmik stansiyasına birləşmişdir.
1998 - Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olmuşdur.
2005 - Prezident İlham Əliyev manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyəyə yeni əskinaslar (1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.
2007 - Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında "Tbilisi bəyannaməsi" imzalanıb. Layihənin Gürcüstan hissəsinin maliyyəsi üçün krediti Azərbaycan ayırıb.
2013 – Azərbaycan Yazıçılar İttifaqının üzvü, şair Şaiq Vəli vəfat edib.
Mənbə: Milli.Az

 

7 fevral 2014
GO BACK