Qadin.NET / PSJ "Mançester Yunayted"ə sərvət təklif edir

PSJ "Mançester Yunayted"ə sərvət təklif edir

 

PSJ klubunun mövsümün sonunda transfer etmək istədiyi daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.
Qol.Az-ın "Daily Star"a istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Mançester Yunayted"in gənc futbolçusu Adnan Yanuzayı transfer etmək istəyir.
Son Fransa çempionu belçikalı futbolçunun transferi üçün Mançester təmsilçisinə 40 milyon funt təklif edib. "Mançester Yunayted" klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. "Qırmızı şeytanlar" 19 yaşlı futbolçunu daha yüksək məbləğə satmağı planlaşdırır.

Qeyd edək ki, Yanuzay 2011-ci ildə "Anderlext"dən "Mançester Yunayted"ə transfer olunmuşdu.

Mənbə: Milli.Az

7 fevral 2014
GO BACK