Qadin.NET / Obama din azadlığını müdafiə edəcəklərini bildirib

Obama din azadlığını müdafiə edəcəklərini bildirib

 

Obama din azadlığını müdafiə edəcəklərini bildirib

«ABŞ bütün dünyada dini azadlığın müdafiəsini davam etdirəcək. Bu insan azadlığını əsas haqlarındandır».Lent.Az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtondakı «Hilton» otelində çeşidli dinin bir neçə minə yaxın  təmsilçisi qarşısında ənənəvi görüşü zamanı çıxışında bildirib.Xatırladaq ki, bu tədbir 1952-ci ildən Konqresin təşəbbüsü ilə hər il keçirilir.Barak Obama din azadlığı ilə bağlı problem olan ölkələr arasında Misir, İran, Çin, Myanma, Sudanın adını çəkib.ABŞ lideri İsrail və Fələstini də dini müqəddəs yerlərə zəvvarların getməsinə şərait yaratmağa çağırıb. 

Mənbə: Lent.Az

7 fevral 2014
GO BACK