Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümü münasibətilə Ərdəbildə və Azərbaycanın digər şəhərlərində kitabça yayılıb.Lent.Az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Azərbaycan türklərinin milli haqlarının təmini uğrunda dinc mübarizə aparan Ərdəbil fəallarının əski əlifbada çap edib, yaydığı kitabçada Məhəmməd Əmin Rəsulzadənin qısa tərcümeyi-halı verilir, onun siyasi həyatından bəhs edilir və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı taleyindən bəhs edilib.
Ərdəbildə, Şərqi Azərbaycan əyalətində və Güney Azərbaycanın başqa şəhərlərində geniş yayılan «Məhəmməd Əmin Rəsulzadənin siyasi həyatı» adlı kitabça yerli sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Mənbə: Lent.Az