Qadin.NET / Bazarı nə inkişaf etdirəcək?

Bazarı nə inkişaf etdirəcək?

 

IDC analitik şirkətinin proqnozuna əsasən, cari il İT sahəsinə ayrılan qlobal xərclərin həcmi müəssisələrin aparat təminatını yeniləməsi fonunda 4,6% artacaq.IDC-dən bildirilib ki, ümumilikdə İT sənayesində əvvəlki kimi kəskin artım sürəti qeydə alınmır, lakin ABŞ və Qərbi Avropa kimi bəzi regionlarda müəssisələrin xərcləri avadanlığın yenilənməsi fonunda müsbət dinamika nümayiş etdirib.Milli.Az ICTnews-a istinadən bildirir ki, IDC-nin proqnozuna görə, bu il server və məlumat saxlama sistemlərinə xərclər müvafiq olaraq 3% artacaq, halbuki bir il əvvəl bu göstərici müvafiq olaraq 4% və 0,5% azalmışdı.Bu il proqram təminatına sərf olunacaq korporativ xərclər yüksək olacaq, İT xidmətlərin göstərilməsindən əldə olunan gəlir isə 4% artacaq.
Mənbə: Milli.Az
 
7 fevral 2014
GO BACK