ABŞ Qabaqcıl Tədqiqat Layihələr Agentliyi (DARPA) IBM şirkətinə avtomatik sıradan çıxan çiplərin hazırlanmasını sifariş edib. Müqavilənin büdcəsi $3,4 milyon təşkil edir. Sifariş Vanishing Programmable Resources layihəsi çərçivəsində həyata keçiriləcək, onun hədəfi düşməni hərbi texnologiyalara yaxın buraxmamaqdır.Milli.Az ICTnews-a istinadən bildirir ki, tapşırığa əsasən, elektron komponentlər əmr üzrə tamamilə və ya qismən toza çevrilməlidir. Pocket-lint bildirib ki, ötən ay DARPA, həmçinin ucuz əriyə bilən ötürücülərin yaradılmasına 4,5 milyon dollar ayırıb. Ötürücülər onların qarşısına qoyulmuş tapşırıqları yerinə yetirdikdən sonra sıradan çıxmalıdırlar.
Mənbə: Milli.Az