Qadin.NET / iPhone 6 iki cür olacaq

iPhone 6 iki cür olacaq

 

Mətbuatda dəfələrlə getmiş informasiyaya əsasən, 2014-cü ildə Apple iki iPhone modeli buraxılacaq. Bu gün insayder mənbələrinə istinadən KDB Daewoo Securities Research analitikləri bu məlumatları təsdiqləyib.Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatlarına əsasən, iPhone 6 smartfonu iki modifikasiyadan ibarət olacaq. Birində ekranın ölçüsü 4,7-dən 4,8 düymədək, təsvir ölçüsü isə 1920 x 1080 piksel (440 ppi) təşkil edəcək. İkinci versiyada IGZO texnologiyasını dəstəkləyən və 2272 x 1280 təsvir ölçülü 5.5 düymlük ekran tətbiq ediləcək.Hər iki qurğuda 2 QB əməli yaddaş və 128 QB daxili yaddaş, 8 meqapiksellik əsas və 3,2 meqapiksellik ön kamera, həmçinin 1800 milliamper/saat tutumlu akkumulyator batareyasının olacağı gözlənilir. Aparat 64 bit arxitekturalı Apple A8 prosessoru ilə təchiz ediləcək.
Mənbə: Milli.Az
 
6 fevral 2014
GO BACK