Yaponiyanın Fujitsu şirkətinin təqdim etdiyi Lifebook AH90/P noutbukunun ikinci adı Grannotedur və qurğu 60 və daha yaşlı insanlar üçün nəzərdə tutulub.Milli.Az ICTnews-a istinadən bildirir ki, noutbukda işıqlandırma nəzərdə tutulub, yalnız klavişlər deyil, həm də portların nişanları da işıqlandırılır.Kompüterdə Awaseru Voice funksiyası nəzərdə tutulub. Bu funksiya yaşlı insanların pis eşitdikləri yüksək tezlikləri gücləndirir. Awaseru View funksiyası isə öz növbəsində, optimal parlaqlıq və ekranın rəng balansını təyin edir.Kompüter Intel Core i7 4500U prosessoru, 1920x1080 nöqtə təsvir ölçülü 15,6 düymlük ekran, 8 QB əməli yaddaş və Blu-ray qurğusu ilə təchiz edilib. Fevralın 13-də Yaponiyada çıxarılacaq.
Mənbə: Milli.Az