
RS-RACINGTEAM mütəxəssisləri BMW 2-Series sırasının ən güclü avtomobili M235i modeli üçün kökləmə-paketi hazırlayıblar. Tünerlərin mühərrikin gücünü nə qədər artıra biləcəkləri hələlik məlum deyil, amma onlar bavariyalının 3,0-litrlik mühərrikini bir qədər yaxşılaşdırmağa söz veriblər.Milli.Az 4charx.com-a istinadən bildirir ki, amma zahiri görünüşdə dəyişikliklər dərhal gözə dəyir. Kuzov üçün parlaq yaşıl rəng, 18 düymlük yüngül lehimli BBS və ya ATS diskləri, həmçinin Michelin şinləri təklif edilir. Tünerlər tənzimlənən KW Clubsport asqısı və buna əlavə paslanmayan poladdan idman qaz xaricetmə sistemi qurublar. Bundan başqa yük yerində kifayət qədər böyük qanad peyda olub.Salonu təhlükəsizlik karkasıyla möhkəmləndiriblər, kürsülər isə 6 nöqtəli təhlükəsizlik kəmərləri ilə lovğalana bilərlər. Hər ehtimala qarşı içəridə həmçinin odsöndürənə də yer ayrılıb. Çəkini bir qədər azaltmaq üçün tüninq versiyasının bəzi panelləri karbondan hazırlanıb.
Mənbə: Milli.Az