Qadin.NET / Ən ucuz Volkswagen

Ən ucuz Volkswagen

 

Ən ucuz Volkswagen
Volkswagen şirkəti Nyu-Dehlidə keçirilən avtosalonuna ilk dəfə 2012-ci ilin oktyabrında San-Pauloda təqdim edilmiş Taigun konsept-krossoverinin müasirləşdirilmiş variantını gətirdi. Əsas dəyişikliklər — ehtiyat təkərin xaricdən yük yeri qapısına bərkidilməsi, həmçinin kuzovun və salonun tərtibatında yeni rənglərdir.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Taigun konseptinin seriyaya buraxılması artıq Volkswagen rəhbərliyi tərəfindən təsdiq edilib, belə ki, bu avtomobilə Braziliya avtosalonu ziyarətçilərinin və KİV-in reaksiyası şirkətdə deyildiyi kimi "sadəcə sarsıdıcı idi". İstehsalçı prototipin yeni variantıyla modelin dizaynını seriyaya yaxınlaşdırdı. Volkswagen -də qeyd ediblər ki, sorğulara görə alıcılar satışa çıxarılacaq maşında əvvəlcə yük yerini boşaltmaq ehtiyacı olmadan ehtiyat təkərin asanlıqla əl çatan olmasını istəyərdilər.Prototipin qabarit ölçüləri əvvəlki kimi qalıb: uzunluq – 3859 millimetr (ehtiyat təkəri nəzərə alaraq 3995 millimetr), en — 1728 millimetr, hündürlük — 1570 millimetr, və təkər bazasının ölçüsü — 2470 millimetr. Avtomobilin çəkisi 998 kiloqram təşkil edir.Mühərrik bölməsində turbokompressor və yanacağın bilavasitə çiləmə sistemi ilə təchiz edilmiş üç silindrli bir litrlik benzin aqreqatı qurulub. Mühərrikin gücü 110 at gücü, maksimal fırlanma anı 175 Nm təşkil edir. Transmissiya — altı pilləli mexanikidir. Krossover sıfırdan ilk "yüzlüyə" 9,2 saniyə ərzində sürətlənə biləcək. Maksimal surət — saatda 186 kilometrdir.
Yeni modelin orta yanacaq məsrəfi yüz kilometrdə 4,7 litrə çatır. İstehsalçının nümayəndələrinin sözlərinə görə əlavə yanacaq doldurmadan avtomobil min kilometrə qədər yol gedə bilər.Daha əvvəl bildirildiyi kimi, Volkswagen Taigun seriya versiyası 2015-ci ilin başlanğıcına çıxmalıdır. Yolsuzluq avtomobili üçün ilk bazar Braziliya olacaq.
Mənbə: Milli.Az
6 fevral 2014
GO BACK