World Cyber Games Inc. Baş direktoru Bred Li bu gün onun şirkətinin artıq kiberidman üzrə yarışları keçirməyəcəyini və WCG brendinin fəaliyyətini dayandırdığını elan edib.Milli.Az ICTnews-a istinadən bildirir ki, Bred Li bildirib ki, bütün tərəfdaşlar WCG brendini öz ölkələrində istifadə edə bilərlər. Bu qərar dünyada müşahidə olunan son tendensiyaların təsiri altında və dəyişkən biznes-mühiti nəzərə alaraq qəbul edilib. Yarışların bağlanmasının səbəbinin sponsorlardan birinin əməkdaşlıqdan imtina etməsi ehtimal edilir.WCG kiberoyunlar üzrə dünyada ən nəhəng beynəlxalq çempionatdır və artıq 14 ildir ki, Cənubi Koreyanın World Cyber Games Inc şirkəti tərəfindən keçirilir. Bu yarışma idmançılar üçün keçirilən Olimpiya Oyunlarının analoqudur.
Mənbə: Milli.Az