Qadin.NET / Smartfon qiymətinə kompüter hazırlandı

Smartfon qiymətinə kompüter hazırlandı

 

Asus şirkəti Chrombox adlı yığcam mini-kompüterini təqdim edib. Qurğu Intel Haswell prosessoru və Chrome OS bulud əməliyyat sistemi ilə təchiz edilib. Aparat məktəb, mehmanxana, mağazalarda istifadəyə hesablanıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, aparatın ölçüləri Apple TV və Roku ilə müqayisə edilə bilər.Chromebox mini-kompüteri Haswell arxitekturasına əsaslanan 1,4 QHs takt tezliyində iki nüvəyə malik Celeron 2955U prosessoru, 2 QB əməli yaddaş, 16 QB həcmində SSD daşıyıcı, ikidiapazonlu Wi-Fi (802.11n), Bluetooth 4.0, SD kartlar üçün slot, Intel qrafikası və Kensington qıfılı ilə təchiz edilib.ABŞ-da aparatın qiyməti 179 dollar təşkil edir. Mart ayında çıxarılacaq. Chromebox monitorsuz, klaviaturasız və maussuz satılacaq.

 

Mənbə: Milli.Az

 
6 fevral 2014
GO BACK