Qadin.NET / Sxem üçün ərizə verildi

Sxem üçün ərizə verildi

 

1959-cu il fevralın 6-da amerikalı alim Cek Kilbi inteqral sxemə patent almaq üçün ərizə təqdim edib. Birinci inteqral sxemin mükəmməldən uzaq olmasına baxmayaraq, məhz Kilbinin sxemi bu qurğuların inkişafı üçün başlanğıc nöqtəsi olub.Milli.Az ICTnews-a istinadən bildirir ki, inteqral sxem üzərində Kilbi ilə eyni anda başqa alim – Robert Noys da çalışıb. Onun sxemində germanium əvəzinə silisiumdan istifadə edilib. Noys, həmçinin öz inteqral sxemi üçün patent alıb.O zaman Kilbi və Noys arasında patent üstündə mübahisə olsa da, lakin tərəflər razılığa gələ biliblər.

 

Mənbə: Milli.Az

6 fevral 2014
GO BACK