BMW satışları bu yaz başlayacaq 2015-ci model ilinin yenilənmiş BMW X3 krossoveri haqqında ətraflı informasiya dərc edib. Avtomobil xarici görünüşdə və interyerdə yüngül dəyişikliklərə məruz qalıb, yeni komplektasiyalar, həmçinin təkrar gözdən keçirilmiş mühərrik sırası əldə edib.Milli.Az 4charx.com-a istinadən bildirir ki, eksteryer indi xeyli zərif görkəm alıb. X3 yenilənmiş faralar və radiator barmaqlığı, yenidən işlənmiş bamperlər, təkər disklərinin naxışları ilə "həmqafiyə olan" qapı dəstəkləri əldə edib. Yeni görünüşlü xarici güzgülər və kuzov üçün rənglərin yeni spektri xarici dəyişiklikləri tamamlayır.2015 BMW X3 salonu daha az dəyişikliklərə məruz qalıb: dizaynerlər burada istifadə edilən materialları dəyişiblər və xDrive multimedia sistemi üçün proqram təminatı yenilənib. Mümkün seçimlər siyahısında ayağı arxa bamperin altından keçirməklə yük yerini rahat açmaq imkanı peyda olub.X3 kapotu altında 2,0-litrlik 4-silindrli dizellərin yeni nəsili quraşdırılıb.
Mənbə: Milli.Az