2014-cü ilin sonunadək Çində mobil telefon istifadəçilərinin sayı əhalinin sayı ilə bərabər olacaq. Bu günlərdə Çin qlobal şəbəkəsinin inkişaf perspektivləri və vəziyyəti haqqında hesabat dərc etmiş Çin İnternet İstifadəçilər Cəmiyyəti belə proqnoz verib.Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin dekabr ayına olan məlumata görə, ölkədə 1 milyard 233 milyon mobil telefon abunəçisi qeydə alınıb. Əhalinin sayı isə 1 milyard 354 milyon insan təşkil edir.
Mənbə: Milli.Az