“Həmin park 2006-ci ildə prezident İlham Əliyevin sərəncamı əsasında yaradılıb. Meşə örtüyünün məhdud olduğu və eyni zamanda qorunmasına dair ciddi qanun, sərəncam və təlimatların mövcud olmasına baxmayaraq meşələr məhz onu qoruyanların nəzarəti altında kütləvi məhv edilir .Təkcə Oğuz rayonu ərazisində 1000-dən çox iri gövdəli ağaclar kəsilərək oduncaq tədarük edilir. Bu işə başçılıq edənlər il ərzində 1,5 milyona qədər qazanc götürürlər. Çılpaq yamaclar dağ ətəyi kəndləri güclü sel təhlükəsi altında qoyurlar”. Şikayətçi bildirib ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yerləşdirdikdən sonra ona qarşı təhdidlər başlayıb: “Bir ekoloq kimi bu barbarlığa etiraz edərək , qırılmış ərazidə 2013- cü ilin fevral ayında çəkiliş apardım və YouTube-da paylaşdım.
Bu hadisədən sonra mənə qarşı təhdidlər başladı. Ayrı-ayrı adamlar qarşımı kəsib videonu götürməyimi tələb etdilər. Evə hədələyici telefon zəngləri olunmağa başladı. Hətta iki nəfər, qəyyumluğunda olduğum Həqiqət Mikayılovanın yanına gedərək həmin videonun götürülməsini israrla xahiş etmişlər. Həyatıma qarşı ciddi təhlükə törədiləcəyi ehtimalına baxmayaraq, bu işi mətbuat vasitəsi ilə ictimailəşdirməyi qərara aldım”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qafqazinfo-ya bildirilib ki, həmin xəbərlə tanış olduqdan sonra dərhal nazirlikdə xüsusi komissiya yaradılıb, iş üzrə araşdırmaya başlanılıb:
"Biz istəyirik ki, həmin şikayət edən, hadisənin şahidi olan şəxs bizə kömək etsin onunla birlikdə ağacların kəsildiyi yerə baxış keçirilsin, Çünki çəkilmiş videolardan bilinmir ki, bura, həqiqətən, Oğuz meşəsi və ya başqa yerdir? Bununla bağlı araşdırılma aparılacaq, əgər fakt öz təsdiqini taparsa, həmin hadisəni törətmiş şəxslər ciddi şəkildə cəzalandırılacaqdır.
ETSN yarandığı gündən meşələrin qorunması ilə bağlı daim iş aparıb və bunun nəticəsidir ki, respublikaya idxal olunan ağac məhsullarının həcmi 6 dəfə artıb".
Mənbə: Milli.Az