Bundan əlavə, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması istiqamətində də tədbirlər davam etdirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən banklarda istehlakçılara kredit məhsullarının şərtləri ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması üzrə tələblər sərtləşdirilir.
Milli.Az xəbər verir ki, Modern.az saytı Mərkəz Bankın kredit şərtlərində dəyişiklik etməsindən sonra müştəri sayının vəziyyətini öyrənmək üçün bir neçə özəl bankla əlaqə saxlayıb:
“Beynəlxalq Bank”ın məlumat mərkəzindən Nərgiz Musazadənin dediyinə görə, Mərkəz Bankın kredit şərtlərində dəyişiklik etməsi bankda hər hansı narazılığa səbəb olmayıb. “Bu bizim müştərilərimizin sayına təsir etməyib”.
“Unibank”ın əməkdaşı İnci Nurəliyeva bildirdi ki, Mərkəzi Bank əslində qadağa qoymayıb. “Sadəcə müştərilərimizdən arayış tələbolunur. Arayış təqdim edə bilirlərsə, biz hesabdan çıxarış istəyirik. Mütləq olaraq təsdiqləyici sənəd olmalıdır. Ancaq bu şəkildə əmək haqları təsdiq edilir. Depozitləri varsa, digər bankdan hesabdan çıxarış gətirməlidirlər. Bunun əsasında xüsusi olaraq, azalma hiss olunmur. Müştərilərimiz həmişə var. “Unibank” artıq reytinqə malik olduğundan müştərilərini itirmir”.
“AzəriqazBank””ın əməkdaşı bildirdi ki, bu, bankın daxili işi olduğundan suala cavab verə bilməz.
“AccssesBank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Nigar Məmmədovaəlində hər hansı rəqəmlər olmadığından açıqlama verə bilməyəcəyini bildirdi.”ƏmrahBank”ın işçisi Elmira Vəliyeva bildirdi ki, onlar Mərkəzi Bankın bu qərarından əvvəl də həmişə arayış tələb ediblər.“Bu səbəbdən də müştərilərimizin sayı azalmayıb. Heç bir dəyişiklik yoxdur”, - deyə o vurğulayıb.
Mənbə: Milli.Az