Qazaxıstan xarici ölkələrə satdığı taxılın qiymətini artırıb. İndi bu ölkə buğdanın bir tonunu keyfiyyətindən asılı olaraq 180-250 dollara satır.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Azərbaycan da Qazaxıstandan buğda aldığından ANS əməkdaşı bu qiymət artımının ölkəmizə təsir edib-etməyəcəyi ilə maraqlanıb.
Ölkənin əsas un istehsalçısı olan şirkətin rəhbəri Taleh Qasımov bildirdi ki, əslində bahalaşmadan söhbət getmir. Sadəcə bazarda mütəmadi olaraq qiymətin artması-azalması baş verir.
Məsələn ötən həftə buğdanın bir tonunun qiyməti 10 dollar aşağı düşmüşdüsə, bu həftə 5-6 dollar yüksəlib. Mütəmadi baş verən qiymət tərəddüdləri yekunda məhsulun, yəni unun və çörəyin bahalaşmasına təsir edəcək səviyyədə deyil.
Mənbə: Milli.Az