Birləşmiş Ştatların dövlət katibi Con Kerri 2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırmadığını bəyan edib. Bu barədə Trend CNN telekanalına istinadən məlumat verir.C.Kerri qeyd edib: "Siyasətdən gedirəm. Mənim heç bir planım yoxdur. Bu mənim son dayanacağımdır".Qeyd edək ki, bundan əvvəl 2016-cı il prezident seçkilərinin mümkün iştirakçıları arasında ABŞ-ın vitse-prezidenti Co Bayden və sabiq dövlət katibi Hillari Klintonun da adı çəkilirdi.
Mənbə: Milli.Az