Yaponiyanın Honsü adasının şimali-şərqində 5,6 gücündə zəlzələ qeydə alınıb.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dağıntı və tələfat haqqında məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.Zəlzələnin episentri Sakit okeanda, Miyaqi prefekturasının sahilində, 40 km dərinlikdə olub. Yeraltı təkanları Yaponiyanın yeddi prefekturasının sakinləri hiss ediblər.
Mənbə: Milli.Az