ABŞ-ın şimal-şərqində güclü qar səbəbindən ölkədə 2,7 minə yaxın aviareys ləğv olunub, 1 milyondan çox şəxs elektrik enerjisiz qalıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ telekanalları xəbər yayıb.Qarlı-şaxtalı hava daha çox Nyu-Cersidə "Newark Liberty International" və Bostonda "Logan International" hava limanlarının işinə təsir edib.Federal Mülki Aviasiya İdarəsi Çikaqo, Filadelfiya və Şarlotta şəhərlərinin aeroportlarında xeyli sayda aviareysin gecikdiyini qeyd edir.CNN-in məlumatına görə, Pensilvaniya, Nyu-Cersi və Merilend ştatlarında 1 milyondan çox istehlakçı işıqsız qalıb.Nyu-York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.Ölkənin mərkəzi hissəsində yerləşən Kanzas ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 3 nəfərin öldüyü bildirilir.
Mənbə: Milli.Az