Qadin.NET / Qəhvənin qiyməti rekord vurdu

Qəhvənin qiyməti rekord vurdu

 

Qəhvənin qiyməti rekord həddə qədər artıb. Anspress yazır ki, qiymətin bahalaşmasına əsas səbəb kimi Braziliyada baş verən quraqlıq göstərilir. Qiyməti daha sürətlə bahalanan qəhvə növü əsasən arabikadır. Braziliya bu içkinin istehsalına görə dünyada liderdir. 

Buna görə də bu ölkədə baş verən istənilən təbii fəlakət məhslun qiymətinə təsir edir. İndi dünya bazarında qəhvənin arabika növünün bir kiloqramı 2700 dollardan baha satılır. Robusta növlü bir qədər ucuz qəhvənin tonu isə 1800 dollardan bahadır. 
Təkcə son bir həftədə qəhvə 20% bahalaşıb. Ən pisi odur ki, Braziliyada quraqlıq və istilərin davam edəcəyi proqnozlaşdırılır. Deməli, qəhvənin qiyməti də yaxın vaxtlarda ucuzlaşmayacaq.

Mənbə: Milli.Az

6 fevral 2014
GO BACK