Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.Temperatur gecə 9-14°, dağlıq ərazilərdə 18° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 15-20°, gündüz 2-7° şaxta olacağı gözlənilir.Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 9-14°, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 8-13°, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 20-22° şaxta, gündüz 5-8° şaxta olacağı gözlənilir.Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə qar yağacağı ehtimal olunur.Temperaturun gecə 3-5° şaxta, gündüz 3° şaxtadan 3°-dək isti, dağlarda gecə 13-18°, gündüz 3-5° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Mənbə:Milli.Az