Analitiklər korporativ sektorda mobil qurğularda biometrik autentifikasiyanın populyarlaşmasını proqnozlaşdırırlar: 3 il sonra təşkilatların 30%-i ondan istifadə edəcək.Gartner analitiklərinin proqnozuna əsasən, 2016-cı ilin sonunadək dünya təşkilatlarının 30%-i mobil qurğularda biometrik autentifikasiyadan istifadə edəcəklər. Hazırda onların yalnız 5%-i bu imkandan istifadə edir.Milli.Az ICTnews-a istinadən bildirir ki, zamanla istifadəçilər işdə şəxsi mobil qurğulardan istifadəyə üstünlük verəcəklər və qurğuların qorunmasında ənənəvi metodlardan qəti surətdə imtina edəcəklər. Analitik şirkətdən bildirilir ki, belə metodlara, hər şeydən əvvəl, parolla müdafiə aiddir.Analitiklərin fikrincə, biometrik autentifikasiya lazımi təhlükəsizlik səviyyəsini təmin etməyə icazə verəcək, həmçinin mobil qurğu sahiblərinin can atdığı rahatlığı təmin edəcək.Xatırladaq ki, biometrik autentifikasiya aparatı – barmaq izi skaneri Appleın qabaqcıl iPhone 5s smartfonunda tətbiq edilib. Bu funksiya (Touch ID) 2013-cü ilin sentyabrında təqdim edilmiş yeni aparatda əsas yeniliklərdən biri olub. Bu texnologiyanın əsasını AuthenTec şirkətinin həlli təşkil edir.
Mənbə: Milli.Az