Qadin.NET / Yeni, ucuz Ford

Yeni, ucuz Ford

 

Yeni, ucuz Ford
Hindistanın Nyu-Dehli şəhərində keçirilən avtosalonda Ford şirkəti Figo adlı öz yeni sedanını təqdim edib. Məhz bu avtomobil Ford konserninin bütün əsas satış bazarlarında satılacaq "qlobal" büdcə avtomobili olmalıdır.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Ford Figo çox böyük deyil – təxminən dörd metr onun uzunluğudur, amma buna baxmayaraq salonda sürücü və dörd sərnişin üçün yer kifayət qədər geniş olacaq. Başqa texniki informasiyaya gəlincə, Figo ən yeni Ford Ka platformasında yığılıb. Bu o deməkdir ki, bəzi bazarlarda yeni sedan EcoBoost ailəsinin 1,0-litrlik turbomühərriki ilə təqdim ediləcək.Hazırda Figo konseptlər kateqoriyasında hesab edilir, axı onun seriya istehsalı yalnız 2015-ci ildə qaydaya salınacaq. Görünür ki, həm də təkcə Hindistanda yox. Ucuz Ford -a tələbat çox yerdə olacaq.

 

 

Yeni, ucuz Ford

 

 

 

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK