Milli.Az xəbər verir ki, Böyük Britaniyada baş vermiş hadisə bu məsəlin doğruluğunu sübut edib. Orada tək insanlar deyil, itlər də qeyri-qanuni miqrant sayılır. 16 yaşlı Britaniya sakini Elenor Dorkin anası ilə birlikdə niderlandlı biznesmendən Malta parodasından olan Maylo ləqəbli iti alarkən heç nədən şübhələnmirdilər. Sonradan məlum olub ki, it ölkəyə qeyri-qanuni şəkildə gətirilib. Hər şey internet elanından başlayıb. Hollandiya sakini Con Hremaninternetdə xaricdən gətirilmiş itin satışı barədə elan yerləşdirib. Sıx tükləri olan köpəyə heyran qalan 16 yaşlı Elyanor və 48 yaşlı anası Kerolin onu almağa qərar veriblər. Ancaq üç gündən sonra evlərinə idxala nəzarət xidmətinin əməkdaşları gəlib. Onlar bildiriblər ki, aldıqları it ölkəyə qeyri-qanuni yollarla gətirilib. Rəsmi qurumun əməkdaşları Maylonu müsadirə edərək gətirildiyi ölkəyə deportasiya etmək və ya iynə vuraraq öldürmək istəyiblər. Bundan xəbər tutan qızcığaz dəhşətə gəlib. Qızın anası idxala nəzarət xidmətinin rəisinə müraciət edib. Ona bildiriblər ki, Maylonu ölkədə qeydiyyatdan keçirmək üçün 800 dollar vəsait ödəməlidirlər. Qadın həmin məbləği ödədikdən sonra it deportasiyadan xilas olub.
Mənbə: Milli.Az