Qadin.NET / 4-cü lider dəyişmir

4-cü lider dəyişmir

 

Cənubi Koreyanın LG Display şirkəti ardıcıl dördüncü ildir nəhəng maye-kristal displeylər istehsalçısı olub. Bu barədə DisplaySearch şirkətinin hesabatında deyilir.Mütəxəssislərin fikrincə, 2013-cü ildə LG Display 9,1 düym və daha böyük diaqonallı 186,6 milyon maye-kristal ekran tədarük edib ki, bu da bazar payının ümumi həcminin 26,7 faizini təşkil edir. 2012-ci ildə bu göstərici 28,6 faizə, tədarük edilən ekranların sayı 218 milyon ədədə bərabər olub. Şirkət 2009-cu ilin dördüncü rübündən liderlik edir.Milli.Az ICTnews-a istinadən bildirir ki, LG Displayin yaxın izləyicisi – aktivində dünya maye-kristal panellər bazarının 20,2 faizi olan digər Cənubi Koreya istehsalçısı Samsung Display şirkətidir. Sonrakı yerlərdə Tayvanın Chimei Innolux (17,8 faiz) və AU Optronics (16,7 faiz) şirkətləri qərarlaşıb. Çinin BOE Technology Group və Shenzhen China Star Optoelectronics Technology istehsalçılarının payı müvafiq olaraq 6,6 və 3,1 faiz təşkil edir. Yaponiyanın Sharp şirkətinin dünyada LCD displeylərin tədarükündə payı 2,8 faizə bərabərdir.Cənubi Koreya istehsalçıları dünya böyükölçülü panellər bazarının 47 faizinə nəzarət edir ki, bu da psixoloji həddən 50 faiz azdır. Psixoloji hədd Cənubi Koreya şirkətlərinin iştirakının müvafiq olaraq 51,9 və 50,9 faizlik göstəriciyə bərabər olduğu 2011-2012-ci illərdə keçilib.Çin istehsalçıları əksinə, ötən il 2,4 faiz bənd qazanmaqla payları 12,8 faiz təşkil edib. Tayvan və Yaponiyanın şirkətləri 2013-cü ili 35,9 və 4,3 faizlik payla başa vurmaqla nəticələrini bir qədər yaxşılaşdırıblar.Ötən ilin yekunları üzrə ümumilikdə 698,1 milyon böyükölçülü maye-kristal panel tədarük edilib. Bu, bir il əvvəldən 7,8 faiz azdır. Ekspertlərin sözlərinə görə, azalmaya səbəb televizor və fərdi kompüterlərə tələbatın zəifləməsidir. IHS analitiklərinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünya bazarına 226,8 milyon televizor çıxarılıb. Bir il əvvəl bu göstərici 238,3 milyon ədəd olub.Televizorlara tələbatın azalması Samsung, LG, Sony və digər istehsalçılar arasında artan rəqabət şəraitində panellərin qiymətinin aşağı düşməsinə səbəb olur.LG Display 2014-cü ilin birinci rübündə maye-kristal panellərin tədarük həcmini 10-15 faiz azaltmağa hazırlaşmaqla bunu mövsümi faktorlarla izah edir.
Mənbə: Milli.Az
5 fevral 2014
GO BACK