Xəstəlik zamanı oynaqların üzərinə adi parça belə dəydikdə həmin insan şiddətli ağrı hiss edir. Oynaq ağrısı uzun müddət sakitləşməz. Buna görə ət, balıq məhsulları, içalat az yeyilməlidir.
Spirtli içkilər də qut xəstəliyinə yoluxma riskini artırır. Buna görə spirtli içki qəbulunu azaltmaq lazımdır.
Kral xəstəliyi kişilərdə daha çox rastlanır.
Oynaqlarda baş verən ağrılar uzun müddət fasilələrlə davam etdiyi üçün bu, bir müddət sonra ciddi problemlərə səbəb olur. Kral xəstəliyi zamanı yüksək təzyiq, böyrək daşı problemi ilə qarşılaşıldığı üçün xəstə nəzarətdə saxlanmalıdır. Pəhrizlərə diqqət edilməli, sulu məhsullar yeyilməlidir.
Kral xəstəliyi kişilərdə daha şox müşahidə edilir. Lakin menopauza dövründən sonra qadınlarda da bu xəstəliyə tutulma riski arta bilər.
Mənbə: Milli.Az