Qadin.NET / Sükan arxasında mürgüləmək ölümə aparır

Sükan arxasında mürgüləmək ölümə aparır

 

Baş verən qəzalarda sükan arxasında mürgüləyən, yuxulayan sürücülərin də “xidməti” az deyil. Sükan arxasında mürgüləmək bir xəstəlikdirmi, yoxsa hamımız bu vəziyyətlə üzləşə bilərik?

 

Son zamanlar istər televiziyada, istərsə də mətbuatda yol qəzaları barədə xəbərlərə rast gəlmək artıq adi bir hala çevrilib. Elə bir gün yoxdur ki, baş verən avtomobil qəzaları nəticəsində ölən və yaralananlar olmasın. Müharibələrdən daha çox can alan qəzalara səbəb kimi müxtəlif amillər göstərilir. Aparılan bir araşdırmaya görə, sürücülərin sükan arxasında yuxulaması sözügedən bədbəxt hadisələrin baş verməsində mühüm pay sahibidir. Türkiyəli cərrah Erkan Aktanın sözlərinə görə, sükan arxasında mürgüləmə problemi yaşayan insanların beyni kifayət qədər oksigen ala bilmədiyi üçün bu sürücülərdə diqqətsizliyə, asan yorulmaya, tez-tez əsnəmə və yuxulamaya gətirib çıxarır. Həkimin sözlərinə görə, bu vəziyyət qəza səbəbləri sırasında ciddi qəbul edilməsə də, çox vacib məsələdir: “Bəzi Avropa ölkələrində ağırtonnajlı nəqliyyat vasitələrinin şoferlərinə fasilələrlə, müəyyən dövrlərdə yuxu testindən keçirmə məcburiyyəti var. Yuxu testindən keçməyənlərin bu problemi düzəlmədən sürücülük vəsiqəsi yenilənmir”. E.Aktan qəzaların sayının azalması üçün yuxu testlərinin keçirilməsinin vacib olduğunu bildirib: “Hesab edirəm ki, bu baxımdan göz müayinəsindən keçə bilməyənlərin sürücülük vəsiqələri necə ləğv edilirsə, qəzaları əngəlləmək üçün sürücülərin yuxu testinə cəlb edilmələri də məqsədəuyğun olardı”.
Son bir ildə qəza baş verməsi, qəzada insanların dünyasını dəyişməsi barədə xəbər eşitmədiyiniz günü xatırlayırsınızmı? Əminəm ki,
əgər evinizdə televizor, kompyuter varsa, mətbuatı izləyirsinizsə, belə bir günü xatırlamırsınız. Səbəbi də odur ki, avtomobil qəzaları səngimək bilmir. Baş verən qəzalarda sükan arxasında mürgüləyən, yuxulayan sürücülərin də “xidməti” az deyil. Bəs sükan arxasında mürgüləmək bir xəstəlikdirmi, yoxsa hamımız bu vəziyyətlə üzləşə bilərik?
Öncə onu qeyd edək ki, bəzi ölkələrdə yuxu testindən keçə bilməyənlərin sürücülük vəsiqəsi yenilənmir.
Türkiyədə aparılan bir araşdırmaya görə isə bəzi sürücülər var ki, nəinki gecələr, hətta gündüzlər də sükan arxasında yuxulayırlar. Mürgüləmə “xəstəliyinin” səbəbləri sırasında diqqət dağınıqlığı, yorğunluq, problemlərdən sarsılma əsas göstərilir.
“Sürücülər yuxu testindən keçirilsinlər”
Türkiyəli cərrah Erkan Aktanın sözlərinə görə, sükan arxasında mürgüləmə problemi yaşayan insanların beyni kifayət qədər oksigen ala bilmir. Bu isə diqqətsizliyə, asan yorulmaya, tez-tez əsnəmə və yuxulamaya gətirib çıxarır. Doktor deyib ki, bu vəziyyət qəza səbəbləri sırasında ciddi qəbul edilməyən, amma çox önəmli faktlardandır. “Bəzi avropa ölkələrində ağır tonnajlı nəqliyyat vasitələrinin şoferlərinə fasilələrlə, müəyyən dövrlərdə yuxu testindən keçirmə məcburiyyəti var. Yuxu testindən keçməyənlərin bu problemi düzəlmədən sürücülük vəsiqəsi yenilənmir”,-deyə o qeyd edib.
Yol polisi: “Postlarda sürücülərə əl-üz yumaq üçün xüsusi yerlər quraşdırılıb”
Həkim bu fikirdədir ki, bəzi ölkələrdə o qədər də ciddi fikir verilməyən sükan arxasında yuxulama problemi yol qəzalarını daim tətikləyir: “Hesab edirəm ki, bu baxımdan göz müayinəsindən keçə bilməyənlərin sürücülük vəsiqələri necə ləğv edilirsə, qəzaları əngəlləmək üçün sürücülərin yuxu testinə cəlb edilmələri də maraqlı olardı”.
Məlumat üçün bildirək ki, ölkə əhəmiyyətli magistral yollarda qeydə alınan yol qəzaları arasında da sürücülərin yuxulamasından qaynaqlananlar kifayət qədərdir. Yuxulayıb qəza törədənlər əsasən yük daşıma ilə məşğul olan, ağırtonnajlı avtomobillərin və ya taksilərin sürücüləridirlər. Hələ bir müddət öncə Respublika Baş Dövlət Yol Polis İdarəsi açıqlama yayaraq bildirmişdi ki, magistral yollarda yerləşən bütün postlarda sürücülərə əl-üz yumaq üçün xüsusi yerlər quraşdırılıb: “Sürücülər onlar üçün yaradılan bu şəraitdən istifadə edə bilərlər”.
Təbii ki, əl-üzə su vurmaq müəyyən mənada yuxulamanı azaldır, amma tam qarşısını alır demək olmaz. Odur ki, yuxusuzluğa dözə bilməyən sürücülərin avtomobillərini uyğun bir yerə çəkib yuxularını almaları vacibdir. Əks təqdirdə faciənin baş verməsi qaçılmaz kimi görünür.
Bəzi sürücülər isə bu fikirdədirlər ki, yüksək komfortlu avtomobillər sürücülərin sükan arxasında yuxulamasına səbəb olur. Onların qənaətincə, narahat avtomobillərin sükanı arxasında mürgüləmə halları digərlərinə nisbətən az olur.
Gecənin xeyirindən gündüzün şəri yaxşıdır?
Bu iddiaların nə qədər doğru olduğunu deyə bilmərik, amma o dəqiqdir ki, tanınmış avtomobil şirkətləri sürücülər sükan arxasında yuxulamasınlar deyə avtomobillərə xüsusi qurğu quraşdırmağı planlaşdırırlar. Qurğu sürücü yuxulamaq istəyərsə, işə düşəcək. Qeyd edək ki, artıq bu qurğudan bir müddətdir dəmir yollarında istifadə edilir.
Həkimlərin fikrincə, əsəblərin gərgin olması da sürücülərin mürgüləməsinə gətirib çıxarır...
Ataların bir misalı var; gecənin xeyirindən gündüzün şəri yaxşıdır. Hərdən adam bu misalı anlamaqda çətinlik çəkir. Zənnimcə, bu atalar misalı gecələr yuxusuz qalıb sükan arxasında mürgüləyən, həm özlərini, həm də başqalarını təhlükə altına atan sürücülər üçün uyğun gəlir...
Mənbə: Zaman Azərbaycan

 

5 fevral 2014
GO BACK