Qadin.NET / Bu gün Kriştianu Ronaldunun doğum günüdür

Bu gün Kriştianu Ronaldunun doğum günüdür

 

Bu gün Kriştianu Ronaldunun doğum günüdür
Bu gün Portuqaliya millisinin və Madridin "Real" klubunun ulduz futbolçusuKriştianu Ronaldu duş Santuş Aveyrunun doğum günüdür. O, 1985-ci ildə, Portuqaliyanın Funşal şəhərində anadan olub. O, dünya futbol tarixində Qaret Beyldən sonra ən bahalı futbolçu hesab olunur. Onun İngiltərənin "Mançester Yunayted" klubundan "Real"a keçidi üçün 83 milyon funt-sterlinq ödənib. Hazırda dünyanın ən yaxşı futbolçusudur."Real Madrid" ilə bağladığı müqaviləyə əsasən, dünyanın ən çox qazanan futbolçularından biridir.Ronaldu karyerasına gənc oyunçu kimi "Andorinya" klubunda başlayıb. 2 ildən sonra "C.D. Nasional" klubuna keçib. 1997-ci ildə Portuqaliya nəhəngi olan "Sportinq Lissabon" klubunda oynamağa başlayıb. Ronaldunun gözəl oyunu "Mançester Yunayted"in məşqçisi Aleks Fergüsonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştianu 12.24 milyon funt-sterlinqə "Mançester"ə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını - FA Kubokunu qazandı.Ronaldu 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008-ci ildə "Qızıl top" mükafatını qazandı. Ronaldu həmçinin bu mükafatın 2007, 2009, 2011 və 2012-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri alıb. Kriştianu həm 2008, həm də 2011-ci ildə Avropa Qızıl Buts Mükafatının sahibi oldu. Ronaldu 2008-ci ildə dörd əsas PFA və FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze d'Or və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb. 2007 və 2008-ci illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldu 2009-cu ildə FİFA Puşkas Mükafatının ilk qalibi olub. 2013-cü ildə Lionel Messi ilə Frənk Riberini geridə qoyaraq "Qızıl Top"un sahibi oldu.Kimisi üçün o, "şeytan"dır - "Mançester Yunayted"in azarkeşləri onun geriyə qayıtmasını çox arzulayırlar. Madridlilər üçün üsə Ronaldu elə "kral"dır, yəni "Real"dan başqa klubda oynaya bilməz. Zepp Blatterlə məlum insidentdən sonra isə Ronaldu "komandante" oldu. Bəs sizin üçün Ronaldu kimdir?
Bu gün Kriştianu Ronaldunun doğum günüdür

 

 

 

Bu gün Kriştianu Ronaldunun doğum günüdür


Bu gün Kriştianu Ronaldunun doğum günüdür

 


 

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK