Qadin.NET / Dəhşətli xəbərdarlıq: 13 milyon insan bu xəstəliyin qurbanı olacaq

Dəhşətli xəbərdarlıq: 13 milyon insan bu xəstəliyin qurbanı olacaq

 

BMT Ümumdünya Səhiyyə Taşkilatının (WHO) hesabatına görə, gələcək 20 il ərzində dünyada xərçəng xəstəliyinə yaxalananların sayı ikiqat artacaq və hər il 13 milyon insan bu xəstəlikdən öləcək.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hesabat Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) rəhbərliyi ilə 40-dan çox ölkədən 250 nəfər akademikin iştirak etdiyi “Dünya Xərçəng Hesabatı 2014” konfransında açıqlanıb.
Hesabata görə, 2012-ci ildə dünyada 14 milyon xərçəng xəstəsi sayının növbəti 20 ildə 22 milyona çatması gözlənilir. Hesabatda xərçəng səbəbindən baş verən ölüm hallarında da bənzər çoxalmanın olacağı, 2012-ci ildə 8.2 milyon olan ölüm sayının 20 il ərzində 13 milyona çatacağı qeyd edilib.
Hesabata görə, 2012-ci ildə bu xəstələrə ən çox ağciyər, döş və bağırsaq xərçəngi diaqnozu qoyulub. Ən çox ölüm hallarının da ağciyər xərçəngi xəstələrində baş verdiyi bidirilir.
Xərçəng xəstəliklərinin müalicəsinin getdikcə bahalaşması ölkə iqtisadiyyatı üzərində də mənfi təsirləri olur və yoxsul ölkələrin sakinlərinin vaxtından əvvəl diaqnozla bu xəstəlikdən xilasının qarşısını alır.
Hesabatda, 2010-cu ildə xərçəng xəstəliyinin dünyaya maliyyətinin 1.16 trilyon dollar olduğu bildirilib. 

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK