Qadin.NET / Regionlara gedən marşrutların qiyməti qalxıbmı?

Regionlara gedən marşrutların qiyməti qalxıbmı?

 

Soyuq havalar ucbatından Bakıda sərnişin avtobuslarının sayı adi günlərə nisbətən azalıb. Milli.Az-ın məlumatına görə, avtobus böhranından yararlanan taksi sürücüləri qiymətləri qaldırıblar. Bəzi şəhərlərarası marşrut avtobuslarında da qiymətlər qalxıb. Day.Az saytının Elnur adlı oxucusu yazır ki, Bakı-Gəncə marşrutlarında qiymətlər süni şəkildə artırılıb. 

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı beynəlxalq avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevlə əlaqə saxlayıb. Abdullayev deyib ki, marşrutların qiymətlərinin qaldırılmasından söhbət gedə bilməz. 
"Çətin meteoroloji şərait ucbatından ölkənin rayonlarına getmək istəyənlərin sayı azalıb. Hazırda sərnişinlərin azlığı müşahidə olunur. Əgər kimsə belə bir faktla üzləşibsə, bizə müraciət etsin, araşdıraq", - o əlavə edib. 
Avtovağzalın növbə rəisinin sözlərinə görə, avtobusların hərəkət qrafikində heç bir dəyişiklik edilməyib. 

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK