Qadin.NET / Kreditlə həyat: yaxşıdır, yoxsa pis?

Kreditlə həyat: yaxşıdır, yoxsa pis?

 

Kreditlər tam olaraq həyatımıza girib. Hazırda kreditlərdən tək şou-biznes ulduzları deyil, sadə vətəndaşlar da istifadə edirlər. Bəs daimi kreditlərlə yaşamaq rahatdırmı? Soyuducu, televizor, mobil telefon və başqa əşyaları kreditlə almaq işi olan vətəndaşların çoxunu qane edir. Milli.Az Day.AZ saytına istinadən bildirir ki, qiyməti 500-800 manat olan əşyanın pulunu bir il ərzində ödəmək pis deyi. Bu, satıcılar üçün də rahatdır. Çünki məhsullarının piştaxtalarda qalacağından qorxmurlar. Bu cür kreditlər ailə büdcəsinə də ciddi təsir göstərmir. 

Ancaq daha ciddi kreditlər - misal üçün, maşın və ya ev krediti ilə bağlı vəziyyət narahatedicidir. Bu cür kreditə girənlər ayda 500-1000 manat ödəməli olurlar. Belə olan halda ailə nə ilə dolanır? Həmin kreditləri ödəmək üçün bəzən toqqalarımızı bərk-bərk sıxmalı oluruq. 
Bu səbəbdən böyük məbləğli kreditlər götürməzdən əvvəl yaxşı-yaxşı düşünmək gərəkdir. Bu, gələcək həyatımızı məhv etməzmi? 
Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular? 

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK