Qadin.NET / Azərbaycanda inanılmaz şaxta statistikası

Azərbaycanda inanılmaz şaxta statistikası

 

Azərbaycanda qarlı-şaxtalı havalar maraqlı məqamla yadda qalıb. Ekspertlər hesab edirlər ki, qarlı havalarda yollarda qəzaların və ölüm hallarının sayı azalır. Avtomobillərin hərəkət intensivliyinin, sürətinin, eyni zamanda piyadaların diqqətliliyi ağır yol qəzalarının baş verməsi risqini azaldır. Məhz bunun nəticəsidir ki, qarlı günlərdə Azərbaycanın avtomobil yollarında çox maraqlı statistika qeydə alınıb.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran ƏliyevMilli.Az-a açqılamasında bildirdi ki, qarlı günlərdə yolların iki gün buzlu olması səbəbindən ölümlə nəticələnən bir hadisə belə qeydə alınmayıb. Şöbə müdirinin sözlərinə görə, yollar buz olduğundan sürücülər sürət həddini aşmayıblar, avtomobili aşağı sürətlə idarə ediblər.

Mənbə: Milli.Az

5 fevral 2014
GO BACK