Qadin.NET / Hava haqqında - 05.02.2014

Hava haqqında - 05.02.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin əsasən gecə və səhər saatlarında bəzi yerlərdə az qar yağacağı ehtimalı vardır. Axşam bəzi yerlərdə zəif duman olacaq.Temperatur gecə 4-9°, səhər 0-2° şaxta, gündüz 3°-dək isti, Bakıda gecə 4-6°, səhər 0-1° şaxta, gündüz 1-3° isti təşkil edəcək.Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.Temperatur gecə 10-15°, dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta təşkil edəcək. 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 16-21°, gündüz 5-10° şaxta təşkil edəcək.Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.Temperatur gecə 11-16°, gündüz 0-5° şaxta təşkil edəcək.Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 10-15°, bəzi yerlərdə 18-20°, gündüz 1-6°, yüksək dağlıq ərazilərdə 20-25°, gündüz 0-15° şaxta təşkil edəcək.Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 6-11°, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir.Temperatur gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20°, gündüz 7-12° şaxta təşkil edəcək.
Yollar buz bağlayacaq.
Mənbə: Milli.Az

 

5 fevral 2014
GO BACK