Qadin.NET / Məktəblərdə qısa tətillər ola bilər

Məktəblərdə qısa tətillər ola bilər

 

Məktəblərdə qısa tətillər ola bilər
Havaların kəskin soyuması təhsildə də özünü büruzə verir. Fevralın 1-dən etibarən orta məktəblərdə dərslərin davamiyyətində kəskin azalma hiss olunur. Şaxtalı hava olduğu üçün, həmçinin yollar buz bağladığından əksər valideynlər övladlarının məktəbə getməsinə mane olurlar. Bəzi ölkələrdə havalar kəskin soyuyanda qısamüddətli tətillər elan olunur. Azərbaycanda da bu cür tətillər elan ediləcəyi gözlənilirmi?Milli.Az xəbər verir ki, musavat-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəriCəsarət Valehov tətillə bağlı qərarın sinoptiklərin məlumatına uyğun olaraq veriləcəyini bildirdi: “Qışda qar yağar. Bunu təbii hal kimi qəbul etmək lazımdır. Son günlər havaların kəskin dəyişməsi, yolların buz bağlaması, qarlı, şaxtalı hava orta məktəblərdə davamiyyətə ciddi təsir göstərib. Bu, açıq-aşkar hiss olunur. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə havaların mülayimləşməsi gözlənilir. İndiki şəraitdə tətil elan ediləcəyi gözlənilmir. Çünki çətin hava şəraiti artıq arxada qaldı. Təbii ki, havalar yenidən kəskin keçərsə, buna uyğun addımlar atılacaq”.

 

Mənbə:Milli.Az

4 fevral 2014
GO BACK