Qadin.NET / Bu da yeni Nissan Almera

Bu da yeni Nissan Almera

 

Bu da yeni Nissan Almera
Nissan şirkəti Tailandda, başqa bazarlarda Sunny, Tiida və Versa adlanan yenilənmiş sedan Almera-nı təqdim etdi. Yenilik restaylinqdən əvvəlki Almera-dan baş işığının fənərlərinin dizaynı, fərqli radiator barmaqlığı, duman əleyhinə fənərlərdə xromlaşdırılmış çərçivəsi olan tamamlanmış qabaq bamper və başqa hava çıxışı ilə fərqlənir.Arxada bamper və fənərlər yüngül dəyişikliyə məruz qalıb. Bundan başqa, restaylinqdən sonra modeldə yeni 15 düymlük təkər diskləri və elektriklə qatlanan güzgülər meydana gələcək.Milli.Az Auto.az-a istinadən bildirir ki, salonda 6,1-düymlük sensorlu ekranı, Bluetooth və DVD-si olan multimediya kompleksli mərkəzi konsol yerləşir. Sükanda audiosistemi idarə edən düymələr dəyişiləcək. Tailandda Almera əvvəlki 79 a.g. verən 1,2 litrlik 3-silindrli mühərriklə təqdim olunacaq. Mühərrik ya beşpilləli mexaniki sürət qutusu və ya variatorla təklif olunur.Hindistan bazarı üçün 99 a.g. verən 1,5 benzin mühərriki və 86 a.g. (200 Nm) verən eyni həcmli dizel təklif olunur. Meksikada modeli 109 a.g. verən benzin mühərriki ilə sifariş vermək mümkün olacaq. Tailand bazarında yenilənmiş sedanın qiyməti 433 min batdan (təqribən 1 min ABŞ dolları) başlanır.

 

Mənbə: Milli.Az

 
4 fevral 2014
GO BACK