Qadin.NET / 7 min dollara 3 təkərli avtomobil

7 min dollara 3 təkərli avtomobil

 

7 min dollara 3 təkərli avtomobil
Gənc ABŞ şirkət Elio Motors ənənəvi Amerika avtomobil dəyərlərinə deyil, bunun tam əksi olan bir işə baş qoşmağa qərar verib. Yeni markanın birinci modeli yalnız üç təkərli olmayacaq, həm də maksimum yığcam, son dərəcə qənaətli və ucuz olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, orijinal heçbek iki variantda mövcuddur – üç və iki nəfərlik. Birinci halda iki kürsü qabaqda, biri isə arxada yerləşir. İkincidə isə oturacaqlar biri digərinin arxasında quraşdırılıb. Hazırda şirkət kuzovun dizaynı ilə eksperimentlər aparmağa davam edərək artıq dördüncü prototipi hazırlayıb. Məhz hansı variant istehsala göndəriləcək, hələ məlum deyil. Amma şirkət üç təkərli nəqliyyat vasitəsinin artıq növbəti ildə əldə etməyin mümkün olacağını vəd edir.Elio trisikli 54 at gücü hasil edən 0,9 litr həcmli mühərriklə təchiz edilib. Bu halda istehsalçı iddia edir ki, avtomobil 100 kilometr yolda 2,8 l yanacaq sərf edir. Elio Motors şirkətinin müxtəlif biclikləri sayəsində öz modelinəfövqəladə aşağı qiymət – cəmi 6 800 dollar təyin etməyi bacarıb. Görünür, qeyri-adi xarici görünüş diqqətçəkən ucuz qiymətlə birgə öz işini görüb: şirkət avtomobil üçün 8 000-dən çox ilkin sifariş alıb.Elio Motors istehsala bu ilin dördüncü rübündə başlamağa hazırlaşır. Öz ilk modelinin yığılmasının təşkil edilməsi üçün şirkət Amerika Luizianasında General Motors konserninin bir zavodunu alıb.

 

Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK