İnsanlar həyatları ərzində iki dəfə sevirlər. Anspress-in məlumatına görə, bu nəticəyə uzunmüddətli sorğulardan sonra gəliblər.Ümumiyyətlə, sevgi haqqında əfsanələr çoxdur. Kimi sevginin 3 il, kimi isə 9 ay yaşadığını deyir, kimi isə "döyür, deməli, sevir" məntiqinə inanır.İnanclara görə, keçmişdə insanlar bir dəfə sevirdilər. Bu da ömürlərinin sonuna kimi davam edirdi.Yeni nəticələr əldə etməyə kömək edən sorğuda minlərlə insan iştirak edib. Bu zaman mütəxəssislər romantik, seksual bütün amilləri nəzərə alıblar. Nəticədə bəlli olub ki, insanlar həyatları ərzində çox zaman həqiqətən sevmirlər. Bu ülvi hissi onlar cəmi iki dəfə yaşayırlar.Rəyi soruşulan hər 7 nəfərdən biri hazırkı sevgililərinin həyatlarının sevgisi olmasına inanmadığını deyib. 73 faizi isə hazırda görüşdükləri insanlarla başqa münasibətləri alınmadıqları üçün bərabər olduğunu deyib. Onların böyük əksəriyyəti əvvəl gerçək sevgi yaşadığını düşünsə də, geriyə baxanda bunun heç də belə olmadığını anlayıb.
Mənbə: Milli.Az