Qadin.NET / Azərbaycan çempionatında daha bir "lipa" aşkarlandı

Azərbaycan çempionatında daha bir "lipa" aşkarlandı

 

Azərbaycan çempionatında çıxış edən daha bir futbolçunun saxta sənədlərlə oyandığı aşkarlanıb. Apasport.az saytının məlumatına görə, əvvəllər də “lipa"larla mübarizə aparan AFFA bu dəfə U-15 Liqasındakı fırıldağın üstünü açıb.Bu yarışda iştirak edən “Vətən”in oyunçusu Səlimxan Zamanovun sənədlərinin saxta olması müəyyənləşdirilib. Bu səbəbdən də AFFA-nın İntizam Komitəsi futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsi haqda qərar qəbul edib.

 

Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK