Qadin.NET / Azərbaycanın maşın bazarı çökür

Azərbaycanın maşın bazarı çökür

 

Bunu modern.az-a açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraşı direktoru Ramil Osmanlı deyib.

“Apardığımız müşahidələr vəziyyətin təxminən 2 ay da bu cür davam edəcəyi təqdirdə sahibkarların bazardan çıxma təhlükəsi olduğunu göstərir. Yeni Avro-4 standartının Azərbaycanda tətbiqi lazımdır və bu qərarın dəyişdirilməsinə ehtiyac yoxdur. Amma Mərkəzi Bank kreditvermə ilə bağlı son qərarına yenidən baxmalıdır. Avtokreditlərin dayandırılması təkcə banklara, avtomobil bazarına deyil, eyni zamanda digər sahələrə də mənfi təsir göstərir”.
Ekspert bildirib ki, maşın bazarında satış, demək olar ki, dayanıb. “Bazarda satılan 10 avtomobildən 7-si kredit yolu ilə satılırdı. Yəni əvvəl 1 ayda 100 avtomobil satılırdısa, indi 20 avtomobil satılır. Alqı- satqı 1 ayın içində 8 dəfə azalırsa, bu, təbii ki, bazara ciddi maddi ziyan vurmaq deməkdir”.

Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK