Qadin.NET / Ermənistanda Rusiya hərbi bazalarının sayı artır

Ermənistanda Rusiya hərbi bazalarının sayı artır

 

Rusiya Federasiyası (RF) hökuməti Ermənistanda RF-in hərbi bazasının yerləşdirilməsi bəndləri haqqında Rusiya-Ermənistan sazişinə dair protokolu təsdiq edib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya daha əvvəl ona Atsik kəndində verilən hərbi şəhərciyi Ermənistana qaytaracaq.

Eyni zamanda, Ermənistan RF-ə Yerevan və Gümrüdəki iki şəhərciyi təhvil verəcək. Bununla da Ermənistanda yerləşdirilən Rusiya hərbi bazalarının sayı 21-ə çatacaq.
RF Müdafiə və Xarici İşlər nazirliklərinə protokolun mətninə prinsipial dəyişklik etmədən Ermənistan tərəfi ilə danışıqlar aparmaq tapşırılıb.
Mənbə: Milli.Az

 

4 fevral 2014
GO BACK