Qadin.NET / İmkansız tələbələrə xoş xəbər

İmkansız tələbələrə xoş xəbər

 

Nazirlikdən bildirdilər ki, hazırda bununla bağlı təkliflər hazırlanır. Nazirlikdə hesab edirlər ki, təhsil kreditinin verilməsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı problemlərini həll edəcək, təhsilin hamı üçün əlçatanlığı təmin olunacaq.

Tələbənin aztəmintalı olub-olmaması isə dövlətin aztəminatlı ailələr üçün müəyyən etdiyi kriteriyalara əsasən bilinəcək. Təhsil kreditlərinin verilməsi isə banklar tərəfindən həyata keçiriləcək
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Təhsil Nazirliyinin rəsmisiCəsarət Valehov deyib: “Universitetlərlə müqavilələr bağlana bilər, təhsil alan gənclər təhsil kreditlərini məhz o bankdan alaraq çox az faizlə və hissələrlə ödəyə bilirlər, bu zaman tələbəyə güc düşmür və o rahatlıqla krediti ödəyə bilir”.
Amma kreditin hansı faizlə və neçə ilə veriləcəyi, hələ ki, müəyyən edilməyib. Təhsil Nazirliyinin rəsmisinin sözlərinə görə, bu yeni sistem universitetlərdə mərhələli şəkildə tətbiq ediləcək. Hələlik isə yaxın zamanlarda yalnız bir neçə universitetdə pilot layihənin reallaşması gözlənilir. 

Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK