Qadin.NET / Kitab oxumağın xeyri və ziyanı

Kitab oxumağın xeyri və ziyanı

 

Oxumaq, oxumaq və yenə də oxumaq. Məncə, bu sözləri hər kəs həyatında dəfələrlə eşidib. Axı oxumaq elmə, biliyə sahib olmaq deməkdir. Amma necə oxuyaq ki, həm elmə yiyələnək, həm də ki, gözlərimizin qayğısına qalaq? Ümumilikdə kitab oxuyanlar müxtəlif yaş kateqoriyalarına bölündüyündən, onları iki qrupa ayırırlar. Kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Müasir dövrümüzdə ən azı hər on nəfərdən biri, gün ərzində 2- 3 saat, ya kitab, qəzet, jurnal oxuyur, ya da ki, komyuterdən, telefondan istifadə etməklə informasiya əldə edir. Amma oxuyarkən biz bir məsələni unuduruq . Gözlərimizi! Çünkü biz əlverişsiz şəraitdə kitab oxuyarkən, gözlərimizin nə qədər yükləndiyinin fərqinə varmırıq.Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, oftalmoloq Fəridə Mirzəyevadeyib: “Obyektə baxaraq bir məsafədə dayanıqlı məsafədə oxumalıyıq. Bu məsafə dəyişirsə, göz çox yorulur. Süni işıqlanma, neon lampaları gözə çox pis təsir edir. Fasilə vermədən oxumaq ziyandır gözə. Oturaq həyat tərzi görməni zəiflədir. Uşaqlar, tələbələr və məktəblilər mütləq idmanla məşğul olmalıdırlar”Artıq bir çox kitabları oxumaq, müxtəlif məlumatları əldə etmək üçün hansısa kitabxanalara gedib, saatlarla vaxt sərf etmək lazım gəlmir. Bunun üçün internetdən və çox funksiyalı telefonlardan və planşetlərdən istifadə etməklə əldə etmək olar. Amma bəzən özümüz də bilmədən həddən artıq bu cihazlara müraciət etməklə, gələcəkdə müxtəlif göz xəstəliklərinin yaranmasına şərait yaradırıq. Bəzən yaranan xəstəliklərin ağır nəticəsi də olur. Bundan başqa gecə uzanmış formada kitab oxumağın və ya hərəkətdə olarkən planşet və telefonlardan istifadə etməyin gözlərə ziyanı çoxdur. Bu çür halların qarşısını almaq üçün mütəxəssislər kitab və kompyuterdən istifadə edərkən tez-tez gözümüzə dinclik verməyi, oturaq vəziyyətdən uzaq olmağı və mütəmadi olaraq idmanla məşğul olmağı məsləhət görür. Bunlara əməl etsəniz, həm biliynizi artırarsız, həm də gözlərinizi qoruyarsız. Deyirlər, gözlər insanın bu dünyaya açılan pəncərəsidir. Çalışın elm, bilik öyrənərkən, bu pəncərələri dünya işığına bağlamayasız.

Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK