Qadin.NET / Türkiyə hərbçiləri Bakıdadırlar

Türkiyə hərbçiləri Bakıdadırlar

 

Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki Türk hərbi akademiyasının komanda-qərargah zabitləri üçün təşkil edilmiş kurslarının nümayəndələri Bakıya səfər ediblər.Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsəsən, briqada generalı Sami Özatakın rəhbərliyi altında Azərbaycanda gələn heyət ümummilli lider Heydər Əliyevin məzarını, Bakıdakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər
Məlumatda o da qeyd olunur ki, heyətin bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşü gözlənilir.
Mənbə: Milli.Az

4 fevral 2014
GO BACK