Rəsmi Pxenyan hesab edir ki, ABŞ-ın Cənubi Koreya ilə birgə təlimləri Koreya Xalq Demokratik Respublikasına ediləcək nüvə hücumuna hazırlıqdır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Rusiyadakı səfiri Kim En Ce jurnalistlərə açıqlamasında bildirib.
"Biz bu təlimlərin təcavüzkar və təhlükəli olduğunu hesab edirik. Çünki bu təlimlər başlanğıcdan sona qədər Koreya Xalq Demokratik Respublikası ilə nüvə müharibəsinə hazırlıqdır. Bunlar Pxenyanın işğalına hesablanıb", - o qeyd edib.
Səfirin sözlərinə görə, həmin təlimlərin müdafiə xarakteri daşıdığını demək spekulyasiyadan başqa bir şey deyil.
Mənbə: Milli.Az