Milli.Az PFL-ə istinadən xəbər verir ki, Topaz Premyer Liqasında 19-cu turun statistik məlumatları açıqlanıb. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı – Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Tieqo Vilyam (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər – Cavid İmamverdiyev (Neftçi), Manuel Skarlatake (Xəzər Lənkəran), Flavinyo (Neftçi), Junior Vilson (Bakı)
Hücumçular – Ernest Nfor (Neftçi), Tiaqo Ribeyro (Rəvan)
Ötən tur topa ən çox nəzarət “Qarabağ” komandasında olub – 65%. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89%). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.
Topaz Premyer Liqasında 19-cu turun ən yaxşı oyunçusu isə “Neftçi”nin hücumçusu Ernest Nfordur.
Mənbə: Milli.Az