“Bu işıqforlardan biri Şahbazi küçəsində, digəri isə Üzeyir Hacıbəyov küçəsində quraşdırılıb. İnsanlar tərəfindən idarə edilən bu işıqforlar daha çox piyadaların sıx olduğu yerlərdə quraşdırılıb. Yol-qəza hadisələri piyadaların vurulması halları, daha çox olan yerlərdə belə işıqforlar qurulur. Bu işıqforlar piyadaların vurulması hallarının qarşısını alır. Gələcəkdə onların sayı arıtırılacaq”.
V.Əsədov belə işıqforlar quraşdırılan keçidlərdən istifadə edən piyadalara tövsiyyələr verib. Onun sözlərinə görə, piyada keçidlərindən keçərkən piyadalar mütləq ehtiyatlı olmalıdırlar. Onlar bilməlidirlər ki, qırmızı düyməni basarkən piyadalar nəqliyat axının gecikməsinə səbəb ola bilər. "Ona görə piyadalar belə keçidlərin qarşısına yığışmalıdırlar və toplu şəkildə keçiddən keçməlidirlər. Piyada qırmızı düyməni basıb yaşıl işığın yanmasına tam əmin olduqdan sonra yolu keçməlidirlər. Bu işıqforlardan istifadə olunma adəti yaranmalıdır”.
Mənbə: Milli.Az